Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) "Report"a verilən məlumata görə, tədbirdə MDB ölkələri, Çin, Türkiyə və digər ölkələrdən təxminən 5 min nümayəndənin iştirak edəcəyi gözlənilir. Sammitdə pərakəndə satış şəbəkələri, istehsalçı, idxalçı, logistika və digər sahələri təmsil edən şirkətlərin rəhbərlərinin iştirakı planlaşdırılır.
Tədbirin təşkilatçıları qismində Qazaxıstan Milli Sahibkarlar Palatası və “B2B Conference Group” təşkilatı çıxış edir.
Qeyd edək ki, Azərbaycan sahibkarları da sammitə dəvət olunur və iştirakda maraqlı olan şəxslər Azpromo-ya müraciət əldə edə bilərlər.