Assosiasiya: Pekində də Azərbaycan Şərab Evinin açılacağını gözləyirik

Assosiasiya: Pekində də Azərbaycan Şərab Evinin açılacağını gözləyirik Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası Çinin paytaxtı Pekində də Azərbaycan Şərab Evinin açılacağını gözləyir.
Biznes
6 Sentyabr , 2018 15:19
Assosiasiya: Pekində də Azərbaycan Şərab Evinin açılacağını gözləyirik

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası Çinin paytaxtı Pekində də Azərbaycan Şərab Evinin açılacağını gözləyir. 

Bunu "Report"a açıqlamasında Assosiasiyanın sədri Elçin Mədətov deyib.

"İlk şərab evimiz sentyabrın 2-də Çinin Urumçi şəhərində açılıb. Bu ilin sonuna qədər Şanxayda da Azərbaycan Şərab Evi açılacaq. Həmçinin paytaxt Pekində də şərab evinin açılacağını gözləyirik. Hazırda Azərbaycanın ümumi şərab ixracının 7%-i Çinin payına düşür", - deyə o qeyd edib. 

Sədrin sözlərinə görə, Azərbaycan bu ilin I yarısında şərab ixracını ötən ilin eyni dövrü ilə müqayisədə müxtəlif ölkələr üzrə 20-60% artırıb: "Məqsədimiz Çin istiqamətində 2 dəfə artıma nail olmaqdır. Yəni şərab ixracının həcmini 600-700 min şüşəyə çatdırmaq istəyirik. Xammal baxımından problem yoxdur. Azərbaycanda istehsal olunan üzümün 20-25%-i şərab istehsalına yönəldilərək ixrac edilir". 

Son xəbərlər

Orphus sistemi