Assosiasiya: "Pandemiya gül satışına mənfi təsir göstərib"

Assosiasiya: "Pandemiya gül satışına mənfi təsir göstərib" "Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar toy-nişan mərasimlərinin az sayda və məhdud çərçivədə keçirilməsi gül satışına mənfi təsir göstərib. Pandemiyadan əvvəlki satış hələ də, bərpa olunmayıb".
Biznes
19 fevral 2022 12:41
Assosiasiya: Pandemiya gül satışına mənfi təsir göstərib

"Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar toy-nişan mərasimlərinin az sayda və məhdud çərçivədə keçirilməsi gül satışına mənfi təsir göstərib. Pandemiyadan əvvəlki satış hələ də, bərpa olunmayıb".

Bunu “Report”a açıqlamasında "Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Cavid Axundov bildirib.

Onun sözlərinə görə, gül ixracı da hələ də, zəif olaraq qalır və ixrac coğrafiyasında ciddi dəyişiklik yoxdur: "Əvvəl olduğu kimi, indi də əsasən Rusiyaya gül ixrac edirik. Həmçinin Gürcüstan bazarına məhsul çıxarırıq".

C.Axundov onu da deyib ki, son illər pandemiya ilə bağlı güllərin qiymətində elə bir dəyişiklik olmayıb. Yalnız 14 fevral, 8 mart kimi xüsusi günlər ərəfəsində qiymətlərdə tələbata uyğun olaraq müəyyən dərəcədə artımlar olur.

Son xəbərlər

Orphus sistemi