ASK: “İqtisadiyyatı pandemiya şəraitində inkişaf etdirməyi bacarmalıyıq”

ASK: “İqtisadiyyatı pandemiya şəraitində inkişaf etdirməyi bacarmalıyıq” “Koronavirus pandemiyası şəraitində yaşamağa, işləməyə, əlavə dəyər yaratmağa hazır olmalıyıq. İqtisadiyyatımızı bu şəraitdə inkişaf etdirməyi bacarmalıyıq".
Biznes
18 fevral 2022 08:28
ASK: “İqtisadiyyatı pandemiya şəraitində inkişaf etdirməyi bacarmalıyıq”
Vüqar Zeynalov

“Koronavirus pandemiyası şəraitində yaşamağa, işləməyə, əlavə dəyər yaratmağa hazır olmalıyıq. İqtisadiyyatımızı bu şəraitdə inkişaf etdirməyi bacarmalıyıq".

“Report” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib.

O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda konfransda danışıb.

“Pandemiyanın təsirlərini azaltmaqda dövlət-özəl sektor dialoqu effektiv oldu. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi kifayət qədər operativ işlədi. Düşünürəm ki, görülmüş tədbirlər pandemiyanın fəsadlarının qarşısını aldı. Biz ölkədə xidmətləri elektronlaşdırmışdıq. Bu, pandemiya dövründə nə qədər vacib olduğunu bir daha özünü göstərdi. Xidmətlərin elektronlaşdırılması şəffaflığı da artırdı”, - deyə V.Zeynalov qeyd edib.

Son xəbərlər

Orphus sistemi