ASK ilə Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb

ASK ilə Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Ticarət Palataları Federasiyasının baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb. 
Biznes
25 Yanvar , 2018 17:17
ASK ilə Körfəz Əməkdaşlıq Şurası Ticarət Palataları Federasiyası arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Ticarət Palataları Federasiyasının baş katibi Abdülrahim Naqi ilə Əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb. 

Bu barədə “Report”a ASK-nın Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sənədin imzalanmasında əsas məqsəd Federasiya üzvlərinə və azərbaycanlı sahibkarlara ticarət və investisiyanın təşviqi üçün geniş imkanlar yaratmaq, müvafiq biznes icmaları arasında qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrini inkişaf etdirmək, ticarət və sənaye əlaqələrinin qurulması istiqamətində birgə əməkdaşlıq etməkdir.

M.Musayev memorandumun gələcəkdə hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq Azərbaycanda hazırda körfəz ölkələrindən olan 280 şirkətin fəaliyyət göstərdiyini, onların ölkə iqtisadiyyatına 1,3 mlrd. dollar, Azərbaycan tərəfindən isə körfəz ölkələrinə 300 mln. dollar investisiya yatırıldığını, 2016-cı ildə Azərbaycanla körfəz ölkələri arasında ticarət dövriyyəsinin 86 mln. dollar, 2017-ci ilin 8 ayı ərzində isə 40 mln. dollardan çox olduğunu bildirib.

Onun sözlərinə görə,  Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı baxımından KƏŞ ölkələri önəmli bazardır. Artıq bir sıra Körfəz ölkələrinə ixrac missiyaları təşkil edilir, Azərbaycan məhsulları KƏŞ ölkələrinin iri ticarət şəbəkələrində satılır. Körfəz ölkələrində də Azərbaycan istehsalı olan məhsullara böyük maraq var. Bununla yanaşı, KƏŞ-ə üzv ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə edə, həmin ölkələrin iş adamları ölkəmizdə fəaliyyət göstərən sənaye parklarındakı güzəştli rejimdən istifadə edərək istehsal müəssisələri yarada bilərlər.

A.Naqi isə bildirib ki, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərinin daxil olduğu KƏŞ 25 may 1981-ci il tarixində qurulmuş hökumətlərarası regional siyasi və iqtisadi birlikdir. KƏŞ Ticarət Palataları Federasiyasının əsası isə 14 oktyabr 1979-cu ildə Səudiyyə Ərəbistanda əsası qoyulub və 6 ölkənin 40 müxtəlif Sənaye və Ticarət Palatasının üzv olduğu Körfəz ölkələrinin ticarət və sənaye palatalarını və federasiyalarını birləşdirən ən böyük təşkilat hesab olunur.

Qeyd edək ki, anlaşma memorandumuna əsasən, hər iki tərəf bundan sonrakı fəaliyyətində müvafiq biznes icmaları arasında ticarət, investisiya, o cümlədən, iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək KƏŞ ölkələri və Azərbaycan sahibkarları arasında ticarət və iqtisadi əlaqələrin təşviqi və genişləndirməsi istiqamətində tədbirlər görülməsində birgə əməkdaşlıq edəcək, mütəmadi olaraq qarşılıqlı maraqlar əsasında informasiya mübadiləsi aparacaq. Birgə Əməkdaşlığın istiqamətlərinə o cümlədən KƏŞ ölkələri və Azərbaycandan olan sahibkarlarla birgə investisiya müqavilələri bağlamaq, həmçinin üçüncü dünya ölkələrinin layihələrində müştərək iştirak etmək üçün yardım etmək və s. kimi məsələlər də daxil edilib.

Memorandumda iqtisadi əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək məqsədi ilə KƏŞ ölkələri və Azərbaycanda keçirilən milli, beynəlxalq və ixtisaslaşmış sərgilər, informasiya bürosu, simpozium, konfransların keçirilməsi, o cümlədən, hər iki regionda təlim kurslarının təşkil olunması zamanı tərəflərin qarşılıqlı öz zəruri dəstəyin göstərilməsi də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi