ASK: Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislər azdır

ASK: Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislər azdır Bakı. 15 mart. REPORT.AZ Bakıda Novruz mühazirələri çərçivəsində iqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: Qlobal çağırışlar və yeni imkanlar mövzusunda elmi-praktik konfrans keçirilib. 
Biznes
15 Mart , 2018 10:37
ASK: Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislər azdır

Bakı. 15 mart. REPORT.AZ Bakıda "Novruz mühazirələri çərçivəsində iqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: Qlobal çağırışlar və yeni imkanlar" mövzusunda elmi-praktik konfrans keçirilib. 

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), eləcə də digər qurumlar arasındakı əlaqələrə toxunub. 

O, əmək bazarına cavab verən kadr hazırlığını təmin etmək üçün sahibkarlarla birgə işləməyə hazır olduqlarını bildirib. 

Daha sonra çıxış edən ASK-nın prezidenti Məmməd Musayev tələbələrin biznes mühitində formalaşmasına diqqət çəkib. O, Azərbaycanda problemli kreditlər üzrə mütəxəssislərin az olduğunu vurğulayıb. 

"Bu gün UNEC-in tələbələri fəallıqları ilə seçilirlər. Görüləsi işlər çoxdur və bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyik", - M.Musayev deyib. 

Tədbir digər iştirakçıların nitqi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi