“AS Aqro”nun istehsal etdiyi çiyələklər İçərişəhərdə qida festivalında rəğbət qazanıb

“AS Aqro”nun istehsal etdiyi çiyələklər İçərişəhərdə qida festivalında rəğbət qazanıb Bakı. 20 iyun. REPORT.AZ/ İçərişəhərdə keçirilən “Baku Summer Food Festival”da təmsil olunan “AS Aqro” Hövsanda yetişdirdiyi və “Love Berry” brendi ilə tədim etdiyi çiyələkləri sərgiləyir. Daddırmada iştirak edən şəhər sakinləri və əcnəbilər şirkətin giləmeyvələrini çox bəyənir və böyük miqdarda satış həyata keçirilir.
Biznes
20 İyun , 2018 13:06
“AS Aqro”nun istehsal etdiyi çiyələklər İçərişəhərdə qida festivalında rəğbət qazanıb
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ İçərişəhərdə keçirilən “Baku Summer Food Festival”da təmsil olunan “AS Aqro” Hövsanda yetişdirdiyi və “Love Berry” brendi ilə tədim etdiyi çiyələkləri sərgiləyir. Daddırmada iştirak edən şəhər sakinləri və əcnəbilər şirkətin giləmeyvələrini çox bəyənir və böyük miqdarda satış həyata keçirilir.

Sərginin bu hissəsində həmçinin “ALKO Hall” şirkətinin təqdim etdiyi dünyaca məşhur spirtli içki brendləri təqdim olunur. Eyni çətir altında fəaliyyət göstərən barda çiyələkdən istifadə edilərək hazırlanan spirtli və spirtsiz kokteyillər istəyənlərə təklif olunur.

Qoşa Qala ərazidində keçirilən festivalda başqa şirkətlər də özlərinin xüsusi menyuları ilə iştirak edirlər. İyulun 1-dək hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcək qida festivalı, qurmanlar üçün maraqlı proqramla təşkil olunub. Müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setlərinin müşaiyyəti ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi