ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib, Əli Əsədov sədr seçilib

ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib, Əli Əsədov sədr seçilib Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Biznes
16 Dekabr , 2019 20:59
ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib, Əli Əsədov sədr seçilib

Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. 

Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi