Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayında elan etdiyi tenderin 2 lot üzrə davamından imtina edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, 25 lotdan ibarət açıq tenderdə lot – 4 inzibati binada quraşdırılmış liftlərə (6 ədəd sərnişin və 2 ədəd yük) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) və lot - 14 inzibati binada quraşdırılmış generatorlara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan həmin lotlar üzrə tenderin davamından imtina olunub.