“Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti dövlət qeydiyyatına alınıb

“Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti dövlət qeydiyyatına alınıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası” ilk rezidentini dövlət qeydiyyatına alıb.
Biznes
103
4 Noyabr , 2021 09:49
“Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl rayonunda təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidentini dövlət qeydiyyatına alıb.

"Report"un məlumatına görə, söhbət "Kamaz Lizinq Azərbaycan" MMC-dən gedir.

Yeni lizinq şirkətinin təsisçisi Rusiyaya məxsus "Kamaz" ASC, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 2, nizamnamə kapitalı 1 699 000 manat (təxminən 1 milyon ABŞ dolları), qanuni təmsilçisi isə Rofel Qasım oğlu Qurbanovdur.

Son xəbərlər

Orphus sistemi