“Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı”nı davam etdirir

“Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı”nı davam etdirir Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı” təqaüd proqramını davam etdirir. Ümumilikdə 73 nəfər “Araz” əməkdaşı təhsil təqaüdündən yararlanıb. 33 əməkdaşa aylıq təqaüd, 40 nəfərə isə birdəfəlik mükaf
Biznes
29 Noyabr , 2023 10:10
“Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı”nı davam etdirir

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi “Tələbələrə təhsil yardımı” təqaüd proqramını davam etdirir. Ümumilikdə 73 nəfər “Araz” əməkdaşı təhsil təqaüdündən yararlanıb. 33 əməkdaşa aylıq təqaüd, 40 nəfərə isə birdəfəlik mükafat verilib.

Proqram ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul olunan “Araz” əməkdaşlarının özlərinin və övladlarının təhsilinə yardım məqsədilə həyata keçirilir. Təqaüd yerli universitetlərə qəbul olunan əməkdaşlara və onların həm yerli, həm də xarici universitetlərdə təhsil alan övladlarına şamil olunur. Təhsil yardımları tələbənin topladığı bala uyğun olaraq birdəfəlik mükafat və ya aylıq təqaüd formasında təyin edilir.

“Araz” müharibə veteranları və şəhid övladları daxil olmaqla, ümumiyyətlə həssas qrupdan olan əməkdaşlar və onların övladlarına heç bir şərt olmadan aylıq təqaüd ödəyir.

“Araz” supermarketlər şəbəkəsi əməkdaşlarının və onların övladlarının fərdi və peşəkar inkişafını hər zaman diqqət mərkəzində saxlayır və bununla bağlı müxtəlif layihələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi