Aran bölgəsinin 37 sahibkarına 825 min manat güzəştli kredit verilib

Aran bölgəsinin 37 sahibkarına 825 min manat güzəştli kredit verilib Bakı. 7 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Bərdə rayonunda işgüzar forum keçirib.
Biznes
7 Mart , 2019 16:57
Aran bölgəsinin 37 sahibkarına 825 min manat güzəştli kredit verilib

Bakı. 7 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Bərdə rayonunda işgüzar forum keçirib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan qarğıdalı, soya əkini və cins heyvandarlıq təsərrüfatlarının, taxıl anbarı kompleksinin, quru meyvə istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Bundan başqa, Aran iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 825,3 min manat güzəştli kredit verilib. Verilən kreditlər, əsasən, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70 yeni iş yerinin açılması mümkün olacaq. 

Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış ildə 5,6 min ton süd və 1,2 min ton ət istehsal etmək gücündə olan 3 min başlıq heyvandarlıq kompleksinə baxış keçirilib. 

Son xəbərlər

Orphus sistemi