AQTA ölkəyə süd məhsulları ixrac etmək istəyən 2 Rusiya şirkətini yoxlayıb

AQTA ölkəyə süd məhsulları ixrac etmək istəyən 2 Rusiya şirkətini yoxlayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə idarəsinin mütəxəssislərinin iştirakı ilə, Azərbaycana süd məhsullarının i
Biznes
9 avqust 2023 10:44
AQTA ölkəyə süd məhsulları ixrac etmək istəyən 2 Rusiya şirkətini yoxlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə idarəsinin mütəxəssislərinin iştirakı ilə, Azərbaycana süd məhsullarının ixracında maraqlı olan Voronejin 2 müəssisənin auditini aparıb.

“Report” bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, onlayn rejimdə istehsal müəssisələrinin işi nümayiş etdirilib. Azərbaycan tərəfi istehsalat sahələri, saxlama anbarları ilə tanış olub. Daha sonra, auditin iştirakçıları süd məhsullarının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə baxıblar.

Müəssisələrin mütəxəssisləri istehsalın müxtəlif mərhələlərində nəzarətin həyata keçirilməsi, hazır məhsulların saxlanması, Azərbaycanın baytarlıq tələblərinə riayət edilməsi, o cümlədən məhsulların markalanması, akkreditə olunmuş laboratoriyalarda yoxlanması barədə məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi