"Aqroservis" daha 6,5 milyon manatlıq kombayn alır

"Aqroservis" daha 6,5 milyon manatlıq kombayn alır Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC 30 ədəd taxılyığan kombaynın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Biznes
27 May , 2022 11:19
 Aqroservis daha 6,5 milyon manatlıq kombayn alır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC 30 ədəd taxılyığan kombaynın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Grand Motors Company" QSC-dir.

Qalib şirkətə 6,484 milyon manat ödəniləcək.

Xatırladaq ki, "Aqroservis" bundan əvvəl 50 ədəd taxılyığan kombaynın satın alınması ilə bağlı açıq tender keçirmişdi.

Son xəbərlər

Orphus sistemi