"Aqrarkredit" BOKT-un 4 il bundan əvvəl yaratdığı 9 şirkət ləğv olunur

"Aqrarkredit" BOKT-un 4 il bundan əvvəl yaratdığı 9 şirkət ləğv olunur "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş əmlakı idarə etmək üçün 2017-ci ildə yaratdığı 9 şirkət ləğv olunduğunu elan edib.
Biznes
590
5 Yanvar , 2021 09:22
Aqrarkredit BOKT-un 4 il bundan əvvəl yaratdığı 9 şirkət ləğv olunur

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş və əmlakları idarə etmək üçün 2017-ci ildə yaratdığı 9 şirkət ləğv olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bunlar "Bakı Ayaqqabı", "Azərtütün", "Mingəçevir İzolit", "Şəki Heyvandarlıq", "Şəki Kərpic İstehsalı", "Şəki İpək İstehsalı", "Şəki Ət və Süd Məhsulları", "Azərşüşətara" MMC-lər və “Azərpambıq” ASC-dir. Kreditorlar tələblərini 2 ay ərzində "Aqrarkredit"in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 125 ünvanına bildirə bilərlər.

Son xəbərlər

Orphus sistemi