"Microsoft" qısa müddət kapitallaşma üzrə liderliyini itirib

"Microsoft" qısa müddət kapitallaşma üzrə liderliyini itirib Bakı. 5 fevral. REPORT.AZ/ Apple şirkəti qısa vaxtda kapitallaşma üzrə Microsoft və Amazonu qabaqlayaraq, Amerika birjasında ən bahalı şirkət olub.
Biznes
5 Fevral , 2019 08:27
Microsoft qısa müddət kapitallaşma üzrə liderliyini itirib

Bakı. 5 fevral. REPORT.AZ/ "Apple" şirkəti qısa vaxtda kapitallaşma üzrə "Microsoft""Amazon"u qabaqlayaraq, Amerika birjasında ən bahalı şirkət olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" bildirib.

Məlumata görə, "Apple"in kapitallaşması bir neçə saniyə 806,6 milyard dollar təşkil edib. Şirkət "Microsoft"un kapitallaşmasını 200 milyon dollar, "Amazon"u 1,2 milyard dollar qabaqlayıb.

Lakin bununla belə, "Microsoft" tezliklə ən bahalı şirkətlərin reytinqindəki birinci yerə qayıdıb.

Xatırladaq ki, yanvarın əvvəlində "Amazon" "Microsoft"u ötərək dünyada ən bahalı şirkət olub.

Daha əvvəl bildirilib ki, "Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.

Son xəbərlər

Orphus sistemi