Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib

Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 359 müraciət daxil olub
Biznes
17 Fevral , 2021 11:35
Antiinhisar Dövlət Xidməti ötən il 27 mln manatdan çox cərimə tətbiq edib

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 359 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu barədə qurumun rəis müavini Məmməd Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin 21-i bazarlarda rəqabətin məhdudlaşıdırlması, 252-si təbii inhisar subyektlərinin göstərdiyi xidmətlər, 63-ü bazar subyektlərinin haqsız rəqabətə yol verməsi, 23-ü isə qanunsuz reklamın yayımı ilə bağlı olub.

“ Antiinhisar fəaliyyəti haqqında”qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb, 27 412 962 maliyyə sanksiyası tətbiq edilib. “Haqsız rəqabət haqqında” qanunun pozulması əlamətləri üzrə isə 4 işə baxılıb, 14 179 manat maliyyə sanksiyası tətbiq edilib. Hazırda bu istiqamətdə 5 işə baxılması davam etdirilir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi