Antalyanın iş adamları Azərbaycanda səfərdədir

Antalyanın iş adamları Azərbaycanda səfərdədir Türkiyənin Antalya şəhərinin iş adamlarından ibarət nümayəndə heyəti 2 gündür ki, Azərbaycanda səfərdədir.
Biznes
117
22 Oktyabr , 2021 08:57
Antalyanın iş adamları Azərbaycanda səfərdədir

Türkiyənin Antalya şəhərinin iş adamlarından ibarət nümayəndə heyəti 2 gündür ki, Azərbaycanda səfərdədir.

"Report"a daxil olan məlumata görə, səfər İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlara (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asossiasiyasının (AQSİA) dəstəyi ilə baş tutub.

Səfərin təşkilatçısı Alper Alveroğlu bildirib ki, məqsəd iki ölkənin iqtisadi münasibətlərinin daha da möhkəmləndirilməsində iştirak etməkdir.

Səfər zamanı Antalyalı iş adamlarının azərbaycanlı sahibkarlarla görüşləri təşkil olunub.

Son xəbərlər

Orphus sistemi