Ankaradan Azərbaycana məhsul ixracı 18 %-dən çox artıb

Biznes
  • 07 iyun, 2023
  • 08:16
Ankaradan Azərbaycana məhsul ixracı 18 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 105 milyon 107 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report” Türkiyənin İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,2 % artım deməkdir.

Həmçinin cari ilin mayında Ankaradan Azərbaycana 16 milyon 399 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 23,6 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti