Fevralın 18-də Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.
Bu barədə "Report"a Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuad Oktay Turkiyə-Azərbaycan biznes forumunda iştirak ediblər.
Biznes forumun sonunda hökumət üzvləri və iş adamları arasında əməkdaşlıqa dair 11 sənəd imzalanıb.

