“Anglo Asian Mining” törəməsinin potensial satışı üçün ilkin danışıqlar aparıb

“Anglo Asian Mining” törəməsinin potensial satışı üçün ilkin danışıqlar aparıb Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. “R.V. Investment Group Services” törəmə şirkətinin potensial satışı üçün Azərbaycan hökuməti və digər tərəflərlə danışıqlar aparıb.
Biznes
22 Avqust , 2019 14:28
“Anglo Asian Mining” törəməsinin potensial satışı üçün ilkin danışıqlar aparıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." “R.V. Investment Group Services” törəmə şirkətinin potensial satışı üçün Azərbaycan hökuməti və digər tərəflərlə danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu danışıqlar ilkin mərhələdədir və heç bir şərt müzakirə edilməyib və ya razılaşdırılmayıb: “Bu danışıqların hər hansı əməliyyatla nəticələnəcəyini demək olmaz. Qrupun inkişafı üçün mütəmadi olaraq digər tərəflərlə müzakirələr aparılır”.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi