“Anglo-Asian Mining” proqnozlarını açıqlayıb

“Anglo-Asian Mining” proqnozlarını açıqlayıb Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkətinin 2020-ci ildə gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln. ABŞ dollarını ötəcək.
Biznes
11 Mart , 2020 18:10
“Anglo-Asian Mining” proqnozlarını açıqlayıb
google

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkətinin 2020-ci ildə gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln. ABŞ dollarını ötəcək. 

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda göstərilib.

Məlumata görə, cari ildə şirkətin istehsal gücü 75-80 min unsiya (qızıl ekvivalenti) arasında dəyişəcək. 2019-cu ildə isə bu rəqəm 81 399 unsiyaya bərabər olub.

Hər unsiyanın qiyməti qızıl üzrə 1 480 ABŞ dolları, gümüş üzrə 17 dollar proqnozlaşdırılır. Bundan əlavə misin isə hər tonu 5 700 ABŞ dolları olaraq götürülüb.

Bu il 65-67 min unsiya qızıl, 2 200-2 400 ton mis istehsalı proqnozlaşdırılır.  2019-cu ildə 70 098 unsiya qızıl,  2 210 ton mis istehsal edilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi