Andrey Spinu: “Bakı KOB evi” sahibkarlara xidmət sahəsində əhəmiyyətli mexanizmdir"

Andrey Spinu: “Bakı KOB evi” sahibkarlara xidmət sahəsində əhəmiyyətli mexanizmdir" Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Moldova tərəfindən həmsədri Andrey Spinu “Bakı K
Biznes
2 Fevral , 2023 17:36
Andrey Spinu: “Bakı KOB evi” sahibkarlara xidmət sahəsində əhəmiyyətli  mexanizmdir

Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Moldova tərəfindən həmsədri Andrey Spinu “Bakı KOB evi”ndə olub.

Bu barədə "Report" Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Andrey Spinuya KOB evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, KOB evi konsepsiyasının mahiyyəti sahibkarlara göstərilən xidmətləri vahid məkanda toplamaqla biznes subyektlərinin vaxtına və əməliyyat xərclərinə qənaət etməkdir. 2023-cü ilin yanvar ayında istifadəyə verilmiş “Bakı KOB evi”ndəki xidmətlədən artıq 1 200-dən çox sahibkar faydalanıb.

A. Spinu “Bakı KOB evi”nin fəaliyyətindən məmnunluğunu ifadə edib, bunun sahibkarlara xidmət sahəsində əhəmiyyətli mexanizm olduğunu bildirib.

Sonra Andrey Spinu və Orxan Məmmədov arasında görüş keçirilib. Görüşdə KOBİA-nın Moldovanın müvafiq qurumları ilə sahibkarlıq sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin biznesləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək təşəbbüslərin dəstəkləndiyi ifadə edilib, bu məqsədlə birgə platformanın yaradılması imkanları, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, iş adamlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenkonun iştirakı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi