“American Airlines” ötən il 9 milyard dollar zərər edib

“American Airlines” ötən il 9 milyard dollar zərər edib ABŞ-ın aparıcı aviaşirkəti - “American Airlines” ötən ili 8,9 milyard dollar zərərlə başa vurub. Halbuki, aviadaşıyıcı əvvəlki ildən 1,7 milyard dollar mənfəətlə çıxmışdı.
Biznes
29 Yanvar , 2021 11:06
“American Airlines” ötən il 9 milyard dollar zərər edib

ABŞ-ın aparıcı aviaşirkəti - “American Airlines” ötən ili 8,9 milyard dollar zərərlə başa vurub. Halbuki, aviadaşıyıcı əvvəlki ildən 1,7 milyard dollar mənfəətlə çıxmışdı.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

"American Airlines"ın illik zərərinin 2,2 milyard dolları 2020-ci ilin IV rübünün payına düşüb. 2019-ci ilin IV rübündə aviaşirkətin 414 milyon dollar mənfəəti olmuşdu.

Ötən il “American Airlines” 17,3 milyard dollar, ötən ilin IV rübündə isə 4 milyard dollar gəlir əldə edib. Bu da illik müqayisədə müvafiq olaraq 62,2% və 64,6% azdır.

Son xəbərlər

Orphus sistemi