Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "AMEA Yüksək Texnologiyalar Parkı” MMC (Park) ərazisindən daha səmərəli istifadə edilməsi və rezident müəssisələrə təqdim edilməsi məqsədilə tədbirlər görməyə başlayıb.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, Parkın Bakı şəhəri, Kazımağa Kərimov küçəsi, 221 ünvanında tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının yerləşəcəyi ərazinin şəhərsalma əsaslandırılması layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu hazırlayıb və Komitənin 11 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Layihəyə uyğun olaraq istifadə müddəti bitmiş və aktlaşdırılaraq balansdan çıxarılmış tikililər, o cümlədən avadanlıq və qurğular kompektləşdirilib, sökülüb və ərazidən daşınıb.


