“AmCham” Azərbaycanda ilk dəfə tərəfdaşları üçün CSR gecəsi keçirib

“AmCham” Azərbaycanda ilk dəfə tərəfdaşları üçün CSR gecəsi keçirib 1996-cı ildə yaradılan “AmCham”ın 250-dən çox üzvü var
Biznes
3984
7 Aprel , 2017 20:08
“AmCham” Azərbaycanda ilk dəfə tərəfdaşları üçün CSR gecəsi keçirib

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycanda ilk dəfə olaraq tərəfdaşları üçün CSR (Korporativ Sosial Məsuliyyəti) gecəsi (“Corporate Social Responsibility”) təşkil edib. 

“Report” xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən işgüzar dairələrin və qeyri-kommersiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədlərindən biri böhran və büdcələrin azaldılması şəraitində CSR layihələrinin və analoji tərəfdaşlığın həyata keçirilməsi imkanlarının müzakirəsi istiqamətində biznes və qeyri-kommersiya təşkilatları üçün platformanın yaradılması idi. Görüşün digər vacib bir məqamı ölkənin gələcək inkişafı naminə müxtəlif birgə layihələrin icrasının müzakirəsi olub.

Tədbirdə salamlama nitqi ilə çıxış edən “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, sözügedən tədbir biznes və şirkətlər üçün əla platformadı və burada icraçı tərəfdaşlar və vətəndaş cəmiyyəti yeni imkanların müzakirəsi və ölkənin davamlı inkişafı naminə mühüm layihələrin reallaşması üçün səylərini birləşdirə bilərlər. N. Məmmədova ötən il Azərbaycanda yaradılan və 2030-cu ilədək diqqəti milli prioritetlərə yönəlmiş Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əhəmiyyətinə toxunub. Milli prioritetləri qlobal məqsədlərə uyğun müəyyənləşdirmək məqsədilə “AmCham” CSR üzrə Komitə vasitəsilə ölkədə ümumi cari vəziyyəti qiymətləndirmək və müxtəlif strukturlar, özəl və qeyri-hökumət təşkilatları ilə sözügedən sektorun inkişafı istiqamətində dialoqu fəallaşdırmağa çalışır.

“AmCham”ın CSR üzrə Komitəsinin sədri Aynur Piriyeva Komitənin fəaliyyəti barədə, həmçinin “Birgə və Sağlam” Assosiasiyasının nümayəndəsi olan Aytən Eynalovanı təqdim edib və o, tədbir çərçivəsində autizm sindomlu valideyin və uşaqlar tərəfindən hazırlanmış kuklaları nümayiş etdirib.

Bundan başqa, A.Piriyeva CSR üzrə Komitə sədrinin müavini Orxan Rəcəbova söz verib ki, o da öz növbəsində təqdimatla çıxış edib və 2014-2015-ci illər üzrə “CSR Excellence Award” mükafatı, onun layihələri və münsifləri barədə məlumat verib.

Qeyd edək ki, 1996-cı ildə yaradılan “AmCham”-ın 250-dən çox üzvü var.

Son xəbərlər

Orphus sistemi