“AmCham” Azərbaycan hökumətinə yeni təkliflər təqdim edəcək

“AmCham” Azərbaycan hökumətinə yeni təkliflər təqdim edəcək Sonuncu belə sənəd 2016-cı ildə açıqlanıb
Biznes
17 Noyabr , 2017 15:57
“AmCham” Azərbaycan hökumətinə yeni təkliflər təqdim edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") 2018-ci ildə ölkə hökumətinə yeni təkliflər təqdim etməyi planlaşdırır.

Bunu “Report”a qurumun icraçı direktoru Natəvan Məmmədova deyib.

N.Məmmədovanın sözlərinə görə, həmin təkliflər “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəddə (Ağ sənəd – White paper) yer alacaq: “Sonuncu təkliflərimizi 2016-cı ildə təqdim etmişdik və onlardan bəziləri qəbul edilib. Bəziləri isə hələ də qəbul edilir”.

Təkliflərin vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edəcəyi ehtimal olunur.

Xatırladaq ki, "AmCham" iki ildən bir “White paper” adlanan sənədi hazırlayır. Sonuncu belə sənəd 2016-cı ildə açıqlanıb.

Son xəbərlər

Orphus sistemi