“Amazon” 1,74 milyard dollarlıq səhmlərini satdı

“Amazon” 1,74 milyard dollarlıq səhmlərini satdı “Amazon”un qurucusu Ceff Bezos 1,74 milyard ABŞ dolları dəyərində səhm satışı həyata keçirib.
Biznes
6 Fevral , 2020 10:52
“Amazon” 1,74 milyard dollarlıq səhmlərini satdı

“Amazon”un qurucusu Ceff Bezos 1,74 milyard ABŞ dolları dəyərində səhm satışı həyata keçirib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Forbes” nəşri ABŞ Qiymətli Kağızlar Komissiyasının hesabatına əsasən məlumat yayıb.

Məlum olub ki, əməliyyatlar bu il yanvarın 31-dən fevralın 3-dək olan müddətdə baş tutub.

Milyarderin vergi ödənişlərindən sonra bu gəlirdən 1,3 milyard ABŞ dolları əldə edəcəyi qeyd olunur.

Nəşrin məlumatına görə, səhmlərin satış səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi