AMAL üzrə təlimçilərin hazırlanmasına başlanılıb

AMAL üzrə təlimçilərin hazırlanmasına başlanılıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə biznes ideyalarının formalaşdırılması və biznes planların hazırlanması üzrə təlimçilərin hazırlanmasına başlayıb.
Biznes
4 Aprel , 2019 11:52
AMAL üzrə təlimçilərin hazırlanmasına başlanılıb
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə biznes ideyalarının formalaşdırılması və biznes planların hazırlanması üzrə təlimçilərin hazırlanmasına başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, təlimçilər AKİA-nın həyata keçirdiyi “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) ilkin mərhələsini keçmiş gənclərə bu istiqamətdə təlim keçəcəklər. 

AMAL-çıların təlimləri aprelin ortalarında başlayacaq.

AKİA-nın keçirəcəyi təlimlərdə gənclərə dövlətin aqrobizneslə məşğul olan sahibkarlara yaratdığı şərait və güzəştlərdən istifadə imkanları barədə məlumat veriləcək, biznes ideyalarının formalaşdırılması, biznes planlarının hazırlanması və müdafiə edilməsi istiqamətində bilik və bacarıqlar aşılanacaq. Təlimi uğurla keçmiş AMAL-çılar layihənin əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi