Almaniyanın avtomobil nəhəngi 870 milyon avro cərimələnib

Almaniyanın avtomobil nəhəngi 870 milyon avro cərimələnib Almaniyanın Ştutqart şəhərinin prokurorluğu ölkənin avtomobil nəhəngi Daimleri dizel nəqliyyat vasitələrindəki catışmazlıqlara görə 870 milyon avro cərimələyib.
Biznes
25 Sentyabr , 2019 13:43
Almaniyanın avtomobil nəhəngi 870 milyon avro cərimələnib

Almaniyanın Ştutqart şəhərinin prokurorluğu ölkənin avtomobil nəhəngi "Daimler"i dizel nəqliyyat vasitələrindəki catışmazlıqlara görə 870 milyon avro cərimələyib. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Prokurorluğun açıqlamasında bildirilir ki, avtomobil istehsalçısı 2008-ci ildən sonra nəqliyyat vasitələrinin sertifikatlaşdırılması məsələsinə laqeyd yanaşıb. Bunun da, havaya buraxdığı tullantıların həcmi normaldan çox olan dizel avtomobilləri satışa çıxarılıb. 

Cərimə qərarına münasibət bildirən "Daimler" bəyan edib ki, buna etiraz etməyəcəklər və ödəniş yaxın 6 həftə ərzində həyata keçiriləcək. 

Xatırladaq ki, bundan əvvəl Almaniyada "Volkswagen", "Audi" və "Porsche" kimi istehsaçılar ekoloji əhəmiyyət kəsb edən nasazlıqlara görə 2 milyard avrodan çox cərimələnib.

Son xəbərlər

Orphus sistemi