Almaniya məhkəməsindən "Tesla"ya STOP

Almaniya məhkəməsindən "Tesla"ya STOP Almaniya məhkəməsi ABŞ-ın “Tesla” şirkətinin paytaxt Berlində inşa etmək istədiyi fabriklə bağlı hazırlıqların müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.
Biznes
194
17 Fevral , 2020 11:18
Almaniya məhkəməsindən Teslaya STOP

Almaniya məhkəməsi ABŞ-ın “Tesla” şirkətinin paytaxt Berlində inşa etmək istədiyi fabriklə bağlı hazırlıqların müvəqqəti dayandırılması haqqında qərar qəbul edib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, məhkəmə fabrikin tikintisi üçün yüzlərlə ağacın kəsilməsinə etiraz edən ekoloji qrupları nəzərə alıb. 

Xatırladaq ki, “Tesla”ın baş direktoru Elon Musk ötən ilin noyabr ayında Berlində “Gigafactory” adlı bir fabrikin qurulacağını açıqlamışdı. Bu məqsədlə 91 hektar ərazidə ağacın kəsilməsi nəzərdə tutulurdu. Ətraf mühitin mühafizəsi qrupları meşəlik bir ərazidə qurulacaq fabrikin bölgənin təbii həyatına və su qaynaqlarına təhlükə yaratacağını iddia edir.

Hazırda “Tesla”ın ABŞ-da 2, Çində isə 1 ədəd “Gigafactory” fabriki var.

Son xəbərlər

Orphus sistemi