Alman-Azərbaycan Ticarət Palatasının Assambleya iclası keçirilib

Alman-Azərbaycan Ticarət Palatasının Assambleya iclası keçirilib Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azerbaijan”) Assambleya iclası keçirilib. İclasda 100-dək biznes nümayəndəsi iştirak edib.
Biznes
8 Dekabr , 2021 11:56
Alman-Azərbaycan Ticarət Palatasının Assambleya iclası keçirilib

Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azerbaijan”) Assambleya iclası keçirilib. İclasda 100-dək biznes nümayəndəsi iştirak edib.

“Report” xəbər verir ki, AHK üzvlərinin iclası ildə 2 dəfə keçirilən və bütün üzvləri bir araya gətirən tədbirdir. Məqsəd Palatanın arxada qalan il üzrə fəaliyyətinin və nailiyyətlərinin müzakirə olunmasıdır.

İclasda iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq həyata keçirilən uğurlu əməkdaşlığa görə Palataya minnətdarlığını bildirib. Daha sonra çıxış edən “AHK Azerbaijan”ın icraçı direktoru Tobias Baumann AHK-nin Azərbaycandakı fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən il üzrə nailiyyətlər və gələcək planlar haqqında qısa hesabat təqdim edib. “Assambleyanın son iclasından sonra arxada qalan il ərzində 23 yeni şirkət “AHK Azerbaijan”a üzv qəbul olunub. Hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 160 üzvümüz var”, - o bildirib.

İclasda iştirak edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva yaxın 5 il üçün BMT-nin Azərbaycan üzrə Ümumi Fəaliyyət Planı barədə məlumat verib. Bundan başqa, o, hökumətin daha “yaşıl iqtisadiyyat”ın qurulması, müəssisələrin səhiyyə, sosial müdafiə, təhsil və məhkəmə sahələri üzrə potensialının möhkəmləndirilməsi işlərinə dəstək üzrə strateji fəaliyyətlər barədə danışıb. O həmçinin BMT-nin DİM üzrə Çərçivə Proqramında nəzərdə tutulmuş prioritet sahələr üzrə tərəqqinin təmin edilməsi üçün BMT və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vuğulayıb.

Son xəbərlər

Orphus sistemi