“Alibaba Group”un təsisçisi: Yaxın illərdə 12 saatlıq iş həftəsinə keçiləcək

“Alibaba Group”un təsisçisi: Yaxın illərdə 12 saatlıq iş həftəsinə keçiləcək Texnologiyalar sahəsində hazırkı inkişaf prosesləri sayəsində yaxın gələcəkdə 12 saatlıq iş həftəsinə keçmək mümkün olacaq.
Biznes
29 Avqust , 2019 18:34
“Alibaba Group”un təsisçisi: Yaxın illərdə 12 saatlıq iş həftəsinə keçiləcək
Brent Lewin — Bloomberg / Getty Images

Texnologiyalar sahəsində hazırkı inkişaf prosesləri sayəsində yaxın gələcəkdə 12 saatlıq iş həftəsinə keçmək mümkün olacaq.

“Report” “Bloiomberg”ə istinadən xəbər verir ki, bu barədə dünyanın ən iri özəl təsisatlarından olan “Alibaba Group” beynəlxalq konqlomeratın təsisçisi və icraçı rəhbəri Cak Ma Şanqhaidə keçirilən süni intellektlə bağlı beynəlxalq konfransdakı nitqində bildirib.

“Növbəti 10-20 il ərzində bütün insanlar, ölkələr, hökumətlər övladlarımızın həftədə üç gün, gündə dörd saat vaxt aparacaq iş tapmalarına şərait yaratmaq üçün təhsilin islahatına başlamalıdır” – deyən çinli sahibkar bununla belə, iş yerlərinin ixtisarına ehtimal vermədiyini dilə gətirib: “İş yerlərilə bağlı narahat deyiləm. Kompüterlərin sadəcə çipləri olduğu halda insanların qəlbi var. Biliklər məhz qəlbdən gəlir... Süni intellekt sayəsində insanların həyatdan həzz almaq üçün daha çox vaxtı olacaq”.

Son xəbərlər

Orphus sistemi