"Alibaba" Avropada ilk mərkəzini açıb

"Alibaba" Avropada ilk mərkəzini açıb Bakı. 13 noyabr. REPORT.AZ/ Çinin elektron ticarət nəhəngi Alibaba Belçikanın Lyej şəhərində Avropadakı ilk mərkəzini (hab) açıb.
Biznes
13 Noyabr , 2018 13:04
Alibaba Avropada ilk mərkəzini açıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Çinin elektron ticarət nəhəngi "Alibaba" Belçikanın Lyej şəhərində Avropadakı ilk mərkəzini (hab) açıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Belçikanın Baş naziri Şarl Mişel "Twitter" səhifəsində məlumat verib.

"Alibaba Group"un başçısı Cek Ma ilə çoxsaylı görüşlərdən sonra Lyejə investisiya qoyulması ilə bağlı təsdiq aldıq... Bu, məşğulluq və ölkəmizin iqtisadi inkişafı üçün yaxşı xəbərdir", - o deyib.

Öz növbəsində, "Alibaba Group"un nümayəndəsi Terri von Bibra mərkəzin təşkili ilə bağlı işlərin başladığını və təyyarələrin  şirkətin Hançjoudakl mənzil-qərargahından Lyejə yüklərini daşımağa başladığını bəyan edib. Onun sözlərinə görə, Lyej şirkətin Honkonq, Dubay, Kuala Lumpur və Moskvadan sonra beşinci regional habı olacaq. 

Son xəbərlər

Orphus sistemi