Aktivlərin idarə edilməsi üzrə dünya nəhənginin mənfəəti azalıb

Aktivlərin idarə edilməsi üzrə dünya nəhənginin mənfəəti azalıb Bu ilin I rübündə dünyanın aktivlərin idarə edilməsi üzrə ən böyük şirkəti “BlackRock” 806 milyon ABŞ dolları xalis mənfəət əldə edib.
Biznes
16 Aprel , 2020 16:46
Aktivlərin idarə edilməsi üzrə dünya nəhənginin mənfəəti azalıb

Bu ilin I rübündə dünyanın aktivlərin idarə edilməsi üzrə ən böyük şirkəti “BlackRock” 806 milyon ABŞ dolları xalis mənfəət əldə edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır. 

Azalma koronavirusun qlobal iqtisadiyyata mənfi təsir etməsi ilə izah olunur. Belə ki, investorlar aktivlərin idarə edilməsi xidmətindən imtina edərək nağd pulların idarə edilməsi xidmətinə üstünlük verir. 

Bu il aprelin 1-nə “BlackRock"un aktivləri 6,47 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,8% azdır. 

Son xəbərlər

Orphus sistemi