Bakı. 19 may. REPORT.AZ/ İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.
"Report"un
Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb. İkli ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən səfir Beybit İsabayev iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və digər birgə tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğunluğu qeyd edilib.