Aksiz markalı malların nağd qaydada topdan satılmasına görə cərimə ödəniləcək

Aksiz markalı malların nağd qaydada topdan satılmasına görə cərimə ödəniləcək Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Biznes
3 Dekabr , 2021 11:37
Aksiz markalı malların nağd qaydada topdan satılmasına görə cərimə ödəniləcək

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklərə əsasən, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada topdan satılmasına görə cərimə müəyyənləşib.

"Pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bu dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi