"Akkord" korporasiyası və onun törəmə müəssisəsi səhmdarlarına hesabat verəcək

"Akkord" korporasiyası və onun törəmə müəssisəsi səhmdarlarına hesabat verəcək Şirkətin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
2044
24 Aprel , 2017 08:45
Akkord korporasiyası və onun törəmə müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 24 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 11:00-da “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 1937-ci məhəllədə olacaq.

Yığıncağın gündəliyinə korporasiyanın illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir. 

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Şirkətin səhmlərinin 51%-i "VIP Estate" MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.

Bundan başqa, həmin gün eyni saatda “Akkord” korporasiyasının törəmə müəssisəsi olan “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC -nin də səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Yığıncaq Mingəçevir şəhəri, Gəncə şosesi, 3 ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin illik hesabatının təsdiq edilməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 193 262 manatdır. 

Son xəbərlər

Orphus sistemi