"akart" mədəni irsimizi yaşatmaqda davam edir!

"akart" mədəni irsimizi yaşatmaqda davam edir! "akart"ın eksklüziv kolleksiyası “Sahil” metrostansiyasında sərgilənir
Biznes
14 fevral 2025 07:27
akart mədəni irsimizi yaşatmaqda davam edir!

"akart"ın eksklüziv kolleksiyası “Sahil” metrostansiyasında sərgilənir

Yeni nəsil ödəniş həlli vasitəsilə Azərbaycanın mədəni irsini təbliğ etməyi hədəfləyən xüsusi akart dizaynları artıq "Bakı Metropoliteni" QSC-nin “Sahil” stansiyasında sərgilənir. Tanınmış rəssamlarımız – Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyub Məmmədov, Rasim Babayev və digər incəsənət xadimlərinin sevilən əsərlərini özündə əks etdirən bu eksklüziv akart kolleksiyası Azərbaycan mədəniyyətinin görkəmli nümunələrini daha geniş auditoriyaya təqdim edir.

Bu unikal dizaynlar "A-Solutions" MMC Elektron Pul Təşkilatı, Visa" və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayında ictimaiyyətə təqdim edilib. Hazırda 30 rəqəmsal kart dizaynı istifadəyə verilib və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.

Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi “akart” mobil tətbiqi vasitəsilə edərək milli incəsənətimizi təcəssüm etdirən innovativ kartlara sahib olun!

"akart"ı “A-Solutions" istifadəyə verib. 16 may 2024-cü ildə Azərbaycan Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatı olan "A-Solutions" "Azercell Telekom" MMC-nin törəmə şirkəti olaraq yeni nəsil maliyyə həlləri təklif edir və nağdsız hesablaşmalara çıxışı olmayan insanlar üçün bu xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.

"akart" ilə nağdsız ödənişlər hər an, hər yerdə hamı üçün əlçatandır!

Son xəbərlər

Orphus sistemi