“Airbus” müflisləşə bilər

“Airbus” müflisləşə bilər “Airbus” şirkəti son vaxtlar böyük zərərə uğrayıb və hazırda ləğv təhlükəsi ilə üzləşib.
Biznes
191
27 Aprel , 2020 15:48
“Airbus” müflisləşə bilər

“Airbus” şirkəti son vaxtlar böyük zərərə uğrayıb və hazırda ləğv təhlükəsi ilə üzləşib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Gilyom Fauri əməkdaşlarına ünvanladığı məktubda bildirib.

“Biz nəğd pulları sürətlə itiririk və bu da şirkətimizin mövcudluğu üçün təhlükə yaradır. İndi biz nağd pul itkilərimizi azaltmaq, maliyyə tarazlığını bərpa etmək və nəticə olaraq taleyimizə nəzarəti yenidən ələ almaq üçün təcili addımlar atmalıyıq”, - məktubda qeyd edilir.

Hazırda koronavirus pandemiyası ilə bağlı hava kosmos sənayesini bürüyən böhran üzündən “Airbus” şirkətinin 15 milyard avro məbləğində maliyyə itkilərilə üzləşdiyi bildirilir. Cari ilin birinci rübündə 6,5 milyard avroluq məsrəf çəkən “Airbus” bundan əvvəl reaktiv təyyarələrinin istehsalını xeyli azaldacaqlarını açıqlamışdı. Belə ki, dar gövdəli “A320” tipli təyyarələrin istehsalı üçdə bir azaldılmaqla ayda 40 ədədə enli gövdəli “A350” tipli təyyarələrin istehsalı 40 faizədək azaldılmaqla 6 ədədə, “A330”lərin isə 40 faizdən artıq azaldılmaqla ayda iki ədədə endiriləcək.

Son xəbərlər

Orphus sistemi