Bakı. 16 iyul. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Çin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar aparmaq niyyətindədir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib.
Onun sözlərinə görə, islahatların həyata keçirilməsi üçün ortaq işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlinib.
"Burda söhbət yalnız ortaq işçi qrupunun yaradılmasından deyil, həmçinin nəticələrin əldə edilməsindən gedir"- o qeyd edib.