Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər

Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər Avropa İttifaqının Azərbaycanla Tərəfdaşlıq Sazişi ilə bağlı müzakirələr davam edir.
Biznes
29 Yanvar , 2021 14:04
Aİ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər

“Azərbaycan hökumətinin nəzarətini təmin etdiyi ərazilərin bərpası ilə bağlı görüləcək işlər çoxdur. Vətəndaş cəmiyyətinin nümayəndələri, bütün digər tərəflər də cəlb edilsə işlər sürətlənər”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanla Tərəfdaşlıq Sazişi ilə bağlı müzakirələr davam edir: “Azərbaycana mülki aviasiya ilə bağlı "Open Skys" ("Açıq Səma") təklifi də gündəlikdədir. Azərbaycan hökuməti ilə tərəfdaşlığımızın əsası təməl istiqamətlərini unutmamaq lazımdır.

Həmçinin, ərazilərin bərpası və barışıq ilə bağlı məsələlər üzrə Azərbaycan hökuməti ilə danışıqlarımız davam edir. Bu, çoxmiqyaslı işdi. Həmin ərazilərin bərpa işlərin aparılmasına Azərbaycan hökuməti Avropa şirkətlərini dəvət edərsə, onlar bu layihələrdə məmnuniyyətlə iştirak edə bilərlər”.

Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı iki ildən çoxdur ki, müzakirələr aparılır. Yeni saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür. Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.

Son xəbərlər

Orphus sistemi