"Avropa İttifaqı (Aİ) və Dünya Bankının (DB) imzaladığı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Saziş çərçicəsində ayrılan vəsait Azərbaycanın müəyyən etdiyi 5 milli prioritetə uyğundur".
"Report" xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko bildirib.
O, həmçinin sözügedən alətin koronavirus (COVID-19) pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində təsirli olacağını qeyd edib.
"AZTAF çevik addımlar platforması kimi nəzərdə tutulub və hökumətə daha dinamik addımlar atmaqda yardım edəcək. Sözsüz ki, bu təşəbbüsün uğuru bizim uğurumuzdur", - deyə Aİ rəsmisi əlavə edib.