Bakı. 2 may. REPORT.AZ/ "Son illər Azərbaycanda gömrük sahəsində, xüsusilə şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahəsində ciddi inkişaf var."
"Report" xəbər verir ki, bunu bu gün Bakıda fəaliyyətə başlayan Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransında çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yanskauskas deyib.
Bununla belə, onun sözlərinə görə, gömrük sahəsinin daha da inkişaf etməsi üçün imkanlar var.
Səfir onu da bildirib ki, Aİ ilə Azərbaycan arasında iqtisadiyyatın şaxələndirilməsi sahəsində yeni layihələrin icrasına zəmin yaranmaqdadır.