Aİ Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığına 1,35 mln. avro vəsait xərcləyib

Aİ Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığına 1,35 mln. avro vəsait xərcləyib Avropa İttifaqı Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsinə 1,35 mln. avro məbləğində vəsait xərcləyib.
Biznes
10 İyun , 2019 17:53
Aİ Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığına 1,35 mln. avro vəsait xərcləyib

Avropa İttifaqı Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsinə 1,35 mln. avro məbləğində vəsait xərcləyib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisidə əməkdaşlıq proqramının yekunlarına həsr olunan tədbirdə bildirilib.

Qeyd olunub ki, proqram çərçivəsində Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələri ilə Azərbaycanın Qazax və Ağstafa rayonları arasında gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, turizm və kənd təsərrüfatı sahələri üzrə layihələr həyata keçirilib.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili tərəfdaş təşkilatlara layihəyə fəal dəstək verdiklərinə görə minnətdarlığını bildirib. O, Azərbaycan və Gürcüstan arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. Qubernator bildirib ki, dövlət orqanları, özəl və QHT sektorları arasında əməkdaşlıq ölkənin inkişafı prosesinə təkan verir.

Mərasimdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Ruslan Rüstəmli, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan-Gürcüstan transsərhəd əməkdaşlığı çərçivəsində layihələri reallaşdıran QHT nümayəndələri, tərəfdaş təşkilatların üzvləri və digər şəxslər iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi