​Ağcabədidə sahibkarlar üçün treninq keçirilib

​Ağcabədidə sahibkarlar üçün treninq keçirilib Tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə reallaşıb
Biznes
334
20 May , 2016 14:02
​Ağcabədidə sahibkarlar üçün treninq keçirilib

Bakı. 20 may. REPORT.AZ/ Mayın 20-də Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq təşkil edilib. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat ximdətindən məlumat verilib.

“Sənayedə brendləşmə” və “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə reallaşıb.

Təqdimatlarda, brend məhsullar və onların məqsədli bazarlara çıxarılması, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, eləcə də Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının və İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə,həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Son xəbərlər

Orphus sistemi