​ADB və Maliyyə Nazirliyi tərəfdaş axtarır

​ADB və Maliyyə Nazirliyi tərəfdaş axtarır Seçiləcək şirkətə işin icrası üçün 600 min dollar ayrılacaq
Biznes
25 İyul , 2016 11:00
​ADB və Maliyyə Nazirliyi tərəfdaş axtarır

Bakı. 25 iyul. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması Layihəsi" çərçivəsində “Keyfiyyət və maliyyə əsaslı seçim” metodu ilə şirkət axtarır. “Report” xəbər verir ki, sənəd qəbulu üçün son tarix avqustun 8-i müəyyən edilib.

Məlumata görə, 6 aylıq layihə üçün ümumilikdə 600 min ABŞ dollarının vəsait ayrılması planlaşdırılır. Seçiləcək şirkət mühəndislik, maliyyə, tənzimləmə, idarəetmə, tarif və maraqlı tərəflərlə əlaqə sahələrində ekspertiza həyata keçirəcək.

Maliyyələşmə şərtlərinə gəlincə isə ayrılacaq 600 min dolların 492,6 min dolları əsas xərclər, 107,4 min dolları isə əlavə xərclərə aid edilir.

Qeyd edək ki, elan edilən müsabiqədən keçən uğurlu namizədin noyabrın 1-dən fəaliyyətə başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi