ABŞ şirkəti Hollandiya şirkəti ilə birləşir

ABŞ şirkəti Hollandiya şirkəti ilə birləşir ABŞ-ın “Thermo Fisher Scientific” elmi və tibbi cihazlar istehsalçısı Hollandiyanın ”Qiagen” diaqnostika avadanlığı istehsalçısı şirkətini satın aldıqlarını açıqlayıb.
Biznes
3 Mart , 2020 19:33
ABŞ şirkəti Hollandiya şirkəti ilə birləşir
google.az

ABŞ-ın “Thermo Fisher Scientific” elmi və tibbi cihazlar istehsalçısı Hollandiyanın ”Qiagen” diaqnostika avadanlığı istehsalçısı şirkətini satın aldıqlarını açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu sövdələşmənin dəyəri Hollandiya şirkətinin borc öhdəliklərilə bir yerdə 11,5 milyard ABŞ dollarıdır.

Qeyd edək ki, 1984-cü ildə Düsseldorf Heinrich-Heine Universitetinin bir qrup əməkdaşı tərəfindən yaradılmış “Qiagen” şirkəti hazırda 25 ölkədə 35 nümayəndəlik, laboratoriya, tədqiqat mərkəzilə 1,5 milyard ABŞ dolları məbləğində illik dövriyəyə, 5,7 milyard ABŞ dolları məbləğində dəyərləndirilən aktivlərə malik olub molekul diaqnostikası sahəsində dünya liderləri sırasındadır.

Ötən ayın sonlarında “Qiagen” Çinə COVİD-19 virusunu aşkarlayan təcili testlər tədarükünə başladıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi