ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri "cəzalandıracaq"

ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri "cəzalandıracaq" ABŞ-ın Ticarət Departamenti milli valyutalarını dollar qarşısında qəsdən ucuzlaşdıran ölkələrin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək.
Biznes
4 Fevral , 2020 18:35
ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri cəzalandıracaq
Freepik.com

ABŞ-ın Ticarət Departamenti milli valyutalarını dollar qarşısında qəsdən ucuzlaşdıran ölkələrin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bununla bağlı ötən ilin may ayından hazırlanmış qanun layihəsi artıq təsdiq edilib. 

Sənədə əsasən, Çin, Cənubi Koreya, Yaponiya, Malayziya, Sinqapur, Vyetnam, Almaniya, İtaliya, İsveçrə və İrlandiyadan idxal olunan mallar ABŞ ərazisinə əlavə vergi ödəməklə daxil olacaq.

Son xəbərlər

Orphus sistemi