ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq

ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq Reks Tillerson 41 il “ExxonMobil” şirkətində çalışıb
Biznes
4 Yanvar , 2017 15:17
ABŞ-ın yeni dövlət katibi əvvəlki iş yerindən 180 mln. dollar alacaq

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə təyin etdiyi Reks Tillerson əvvəlki iş yerindən – “ExxonMobil” şirkətindən 180 mln. dollar alacaq. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, R.Tillerson bundan əvvəl ABŞ-ın və dünyanın aparıcı neft şirkətlərindən biri olan “Exxon Mobil”in Direktorlar Şurasının (DŞ) sədri olub. O, dövlət işinə keçməsi ilə əlaqədar şirkətdəki vəzifəsindən istefa verib və 41 illik iş yerindən ayrılıb. 

“ExxonMobil”in R.Tillersona ödəmək istədəyi məbləğ vaxtilə ona pensiya çıxacağı halda vəd edilmiş məbləğdən cəmi 7 mln. dollar azdır. Bu arada sabiq DŞ sədri həmçinin yaxın 3 il ərzində ona ödənilməsi nəzərdə tutulan 4,1 mln. dollar bonusdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi